Azərbaycan millətinin birlik şüarının simvolik günü - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

    28 dekabr tarixində məktəbin kitabxanasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və birlik günü ilə bağlı dəyirmi masa təşkil olundu.

    Dəyirmi masada məktəbin 3a və 3b sinifləri iştirak etdi. Kitabxana müdiri Şərqiyyə Qasımova həmrəylik gününün yaranma tarixi və əhəmiyyəti ilə bağlı şagirdlərə ətraflı məlumat verdi. Bildirdi ki, 31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan və şərəfli günlərdən biridir. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran Azərbaycan sərhədinin dağılması əsasında qoyulub.

    1991-ci ilin 16 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəliyi Günü elan etdi. Həmin gün həmdə Azərbaycan xalqının birlik şüarının simvolunun günüdür.

    Daha sonra şagirdlər bu günlə bağlı maraqlı məlumatlar və şeirlər ilə çıxış etdilər. Həmçinin onlar həmin günlə bağlı hazırladıqları rəsm əsərləri ilə də öz birliklərini nümayiş etdirdilər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi