Qəhrəmanlar unudulmur

    25 dekabr tarixdə məktəbimizin hərbi rəhbər Eldəniz Niftiyev Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirildi.

     Eldəniz Niftiyev Mehdi Hüseynzadənin həyatı, müharibə illərindəki fəaliyyəti, partizan "Mixaylo"nun faşizmə vurduğu zərbə, onun vətəninə və doğma şəhəri olan Bakıya sevgisi və qəhrəmancasına həlakı barədə geniş məlumat verdi.

    10-cu sinif şagirdi Şakir Şıxəliyev tədbir ərəfəsində sadə qələmlə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretini çəkdi. Daha sonra tədbirdə "Uzan sahillərdə" filmindən bəzi epizodlar göstərildi.

    Tədbirin sonunda məktəbin direktoru Sevil Əliyeva çıxış edərək qeyd etdi ki, "Mixaylo" , müasir dövrümüzün Mübarizi olmaq üçün ən vacib olan savad, bilik, vətən sevgisidir. Hər birinizin Mehdi Hüseynzadə, milli qəhrəmanlarımız kimi igid, qorxmaz və vətənini sevən bir vətəndaş olmağınızı arzu edirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi