Mehdi Hüseynzadənin 100 illiyi

   18 dekabr tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Firavan İmranova 5 "a" sinfində Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı olaraq "Uzaq sahillərdə" filmini nümayiş etdirdi. Şagirdlər Mehdi Hüseynzadənin həyatını, qəhrəmanlıqlarını böyük həvəslə izlədilər. Filmin nümayişindən sonra şagirdlərlə müzakirə keçirildi. Şagirdlər Mehdi Hüseynzadə haqqında bildikləri və yeni öyrəndikləri  məlumatları müəllim və şagirdlərlə bölüşdülər. Daha sonra Firavan İmranova Mehdi  Hüseynzadənin 1941-1945-ci illərdə müharibədə faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyatlardan, nümayiş etdirdiyi şücaətlərdən bəhs etdi. Sonda şagirdlərin Mehdi Hüseynzadə barədə hazırladıqları məlumat və rəsmlər məktəbin girişində nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi