Ulu Önder, dahi şəxsiyyət Heydər Əliyev

    11 dekabr tarixdə məktəbin fəaliyyət planının 1.3.20-ci bəndinə əsasən dövlətçilik tarixində Heydər Əliyevin çoxşahəli fəaliyyətinin şagirdlərə öyrədilməsi və şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi məqsədilə "Heydər Əliyev irsi bizim üçün örnəkdir" başlığı altında "Anım Günü" keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ümummilli Lider  Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir məktəbimizin şagirdləri tərəfindən hazırlanmış şeir və mahnı kompozisiyaları ilə davam etdi. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olundu, mövzu ilə bağlı videolentlər və slaydlar nümayiş etdirildi. Bugün dünyada insanın Vətənin timsalına çevrilməsi nadir hadisələrdəndir. Məhz Ümummilli Lider Heydər Əliyev də dünyada bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu.Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətiylə səsləndirilən fikirlər, şagirdlərimizin ifasında söylənən parçalar, musiqi nömrələri müəllim və şagirdləri kövrəltdi. Tədbirin ardından məktəbimizin direktoru Sevil Əliyeva müəllim və şagirdlərlə birlikdə Ulu Öndər Heydər Əliyevin məzarın ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi