"Narkomaniya və zərərli vərdişlərə yox deyək" mövzusunda tədbir

    29.11.2018-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Şəmşir Kazımovun təşəbbüsü və iştirakı ilə "Narkomaniya və zərərli vərdişlərə yox deyək" mövzusunda həmçinin yetkinlik yaşına çatmayanların arasında zərərli vərdişlərə, neqativ halların və hüquqazidd əməllərə qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir.

    Tədbirdə həmçinin Səbail rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşinin Təşkili Bölməsinin rəisi polis mayoru Ədalət Ağayev, həmin bölmənin mayoru 41-ci polis bölməsinin baş inspektoru Zahir Əbilhəsənov, Narkotiklərlə Mübarizə Bölməsinin polis mayoru İlham Mədətov, Səbail rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin baş məsləhətçisi Tural Cavadov və din xadimi Hacı Sadiq iştirak etmişdir.

    Tədbirdə Narkomaniyanın törətdiyi ağır fəsadlardan bəhs olunmuş və mövzu ilə bağlı videoçarx təqdim olunmuşdur. Çıxış edənlər narkotikin orqanizmə mənfi təsiri, şüurun dəyişməsi, insanlar arasında münasibətin pozulması, fiziki və psixoloji inkişafa təsirindən bəhs olundu. Sonda şagirdləri maraqlandıran suallara ərtaflı cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi