Qala Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiya

    24.11.2018-ci il tarixdə məktəbin ibtidai sinif müəllimləri Venera Əliyeva və Sevda Şahvələdovanın təşkilatçılığı ilə 3"a" və 2"a" sinif şagirdləri üçün Qala Dövlət Tarix Etnoqrafiya qoruğuna ekskursiya təşkil olunmuşdur.

    Ekskursiya şagirdlər üçün böyük marağa səbəb olmuşdur. Şagirdlər burada dəmirçilik, dulusçuluq, xalçaçılıq emalatxanaları ilə tanış oldular. Daha sonra qayaüstü rəsmləri, qavaldaş, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış evlərini yaxından izlədilər. "Tullantıdan sənətə" muzeyi də şagirdlər üçün maraq doğuran ekskursiyalardan biri oldu. Burada tullantı materiallarından müxtəlif maraqlı əşyalar düzəldib sərgiləyirlər.

    Bu ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin erkən yaşlardan Azərbaycanın tarixini, mədəniyyətini daha yaxından öyrənmək, ölkəmizdə olan bu cür qoruqlar haqqında daha geniş məlumata sahib olmaq və asudə vaxtlarını səmərəli keçirtmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi