Yekun hesabat tədbiri

    TƏHSİLDƏ İNKİŞAF VƏ İNNOVASİYALAR ÜZRƏ 2-Cİ Qrant müsabiqəsinin qalibi " Şagirdlərin talassemiya xəstəliyi haqqında maarifləndirilməsi" layihəsi öz işini uğurla yekunlaşdırdı. 16 noyabr 2018- ci il tarixdə Səbail rayon 329 nömrəli tam orta məktəbdə layihənin yekun hesabat tədbiri keçirildi. Tədbirdə layihə çərçivəsində əməkdaşlıq etdiyimiz məktəblərdən direktorlar, biologiya müəllimləri, məktəb kollektivi , Bakı Şəhər Təhsil İdarəsindən və Təhsil inistitundan dəyərli qonaqlar iştirak etdi. Tədbirdə Layihə çərçivəsində keçirilən seminarlardan və görüşlərdən hazırlanmış videoçarx qonaqlara təqdim olundu. Çıxış edən qonaqlar müasir dövrün bəlalarından birinə çevrilmiş irsi qan xəstəliyi olan talassemiyanın qarşısının alınması üçün bu cür maarifləndirmə işlərinin mütəmadi aparılmasının vacibliyini vurğuladilar. Sonda bütün tədbir iştirakçılarina layihə çərçivəsində hazırlanmış informativ kitabça və bukletlər paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi