329 nömrəli məktəbin şagirdləri Heydər Əliyev mərkəzində

04.02.2016-cı il tarixdə 329 nömrəli tam orta məktəbin şagirdləri Heydər Əliyev mərkəzində oldular.Şagirdlər mərkəzin I mərtəbəsində "Azərbaycan inciləri" adlı sərgi ilə tanış oldular. Sərgidə ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatlar nümayiş etdirildi.Sərgidə Azərbaycan tarixinin bötün dövrlərini, həmçinin mədəniyyətinin müxtəlif səhnələrini özündə əks etdirən eksponatlar var idi. Muzeyin 2-ci mərtəbəsində yerləşən "Mini Azərbaycan" sərgisində Bakıda və eləcədə Azərbaycanın digər bölgələrində yerləşən və tarixi memarlıq əhəmiyyətinə malik 45 binanın maketi şagirdlərin maragına səbəb oldu.Sərgilənən binalar arasında orta əsrlərə (Qız qalası, Möğmünəxatun türbəsi) XIX əsrə ( Bakı vağzalı, Azərbaycan Dövlət Flarmoniyası, İsmailiyyə sarayı), XXI əsrə ( Bakı Kristal zalı, Ala qüllələri) aid binalarla bələdçi şagirdləri tanış elədi. Mərkəzdə Azərbaycanın musiqi tarixini əks etdirən xalq çalğı alətləri , milli kişi və qadın geyimləri, silahlar, bəzək əşyaları, pul vahidləri, qızıl və gümüş sikkələr,mis qab-qacaq nümunələri, müxtəlif bölgələrə aid xalçalara və bədii tikmələrə şagirdlər çox maraqla tamaşa edirdilər.Mərkəzin ən cəlbedici hissələrinin biri də Heydər Əliyev muzeyidir.Şagirdlərlə birgə bu muzeyi gəzdikdə Heydər Əliyevin haqqında çəkilən filmləri izləmək üçün müasir avadanlıqlarla təhciz edilmiş xüsusi zal ilə tanış olduq. Burada Ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalı ilə də yaxından tanış olduq. Burada şagirdlərin daha çox maragına səbəb olan muzeyin beynəlxalq əlaqələr bölməsində məlumatların xüsusi qlobuslar vasitəsi ilə çatdırılması oldu. Belə ki, qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda , Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində keçirdiyi görüşlərin ekranda öz əksini tapması çox maraqlı idi.Şagirdlər çox qürurla görkəmli şəxsiyyət Heydər Əliyevin iş masası, hərbi və mülkü geyilər, şəxsi əşyaları və dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələrlə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi