Milli Dirçəliş Günü

    Azərbaycanın tarixində önəm daşıyan günlərdən biri də Milli Dirçəliş Günüdür. Azərbaycanda bu gün 17 Noyabr tarixində qeyd olunur. Milli Dirçəliş Günü 1992-ci ildə elan olunmuşdur. 15.11.2018-ci il tarixdə 329 nömrəli tam orta məktəbdə bu günü qeyd olundu. Tədbiri məktəbimizin 4A və 4B sinif şagirdləri çox gözəl şəkildə təşkil etmişdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlər ilk olaraq Dirçəliş günü haqqında məlumat verdilər. Daha sonra çıxışlarına Azərbaycan haqqında şeirlər ilə davam etdilər. Tədbirdə torpaq, vətən haqqında olan səhnəciklər xüsusi yer tutdu. Tədbir şagirdlərin hazırladıqları bayraq kompozisiyası ilə tamamlandı. Tədbirin sonunda məktəbin direktoru Sevil Əliyeva çıxış edərək bunları söylədi - "1988-ci ildə bütün xalq bir yumruq kimi düyünlənmişdi.  Bu əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Tariximizin qəhrəmanlıq səhifələrindən biri milli qürurun, milli mənsubluğun, vətənpərvərliyin bariz nümunələrindən olan bu gün bir daha sübut etdi ki, biz millətimizə, dövlətimizə, bayrağımıza sahib çıxmağı bacaran bir dövlətik". 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi