Talassemiya mərkəzinə ekskursiya

    Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi 329 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Süleymanova Oqtay qızının "Şagirdlərin talassemiya xəstəliyi haqqında maarifləndirilməsi" adlı layihəsi öz işini davam etdirir. Layihə çərçivəsində 12.11.2018-ci il tarixdə layihə rəhbəri məktəbin buraxılış sinif şagirdləri ilə talassemiya mərkəzində oldular. Mərkəzin rəhbəri Valeh Əliyev şagirdlərimizə talassemiya mərkəzi ilə yaxından tanış olmaq üçün çox gözəl şərait yaratdı. Həkim hemotoloq Xuraman xanım şagirdlərimizi transfuzisiya otağı, laboratoriya ilə tanış etdi və talassemiya xəstələri ilə görüşdülər, söhbət etdilər və xəstə uşaqların valideynlərinin tövsiyyələrini dinlədilər. Şagirdlərin bir qismi layihə rəhbəri ilə birgə talassemiya daşıyıcılığına görə laborator müayinə üçün qan verdilər. Sonda mərkəzin rəhbəri Valeh bəy şagirdlərlə görüşdü və bu tədbirləri müsbət qiymətləndirdiyini qeyd etdi. O, şagirdlərə bu xəstəlik haqqında öz tövsiyyələrini verdi və insanların maarifləndirmək üçün həyata keçiriləcək bütün tədbirlərdə bizimlə əməkdaşlığa hazır olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi