"Şagirdlərin talassemiya xəstəliyi haqqında marifləndirilməsi" haqqında seminar

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi "Şagirdlərin talassemiya xəstəliyi haqqında maarifləndirilməsi" layihəsi öz işini davam etdirir. 05/11/2018-ci il tarixində 163 nömrəli tam orta məktəbin 9,10,11-ci sinif şagirdləri, 07/11/2018-ci il tarixində isə 162 nömrəli tam orta məktəbin 8,9,10,11-ci sinif şagirdlərinin iştirakı ilə seminar keçirildi. Seminarda layihə rəhbəri Vüsalə Süleymanova şagirdlərə talassemiya xəstəliyi haqqında ətraflı məlumat verdi və onları bu genetik xəstəliyin nəsldən-nəslə ötürülmə yolları ,müayinə və müalicəsi haqqında maarifləndirdi. Seminar qarşılıqlı diskusiya şəklində keçdi və şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı.Sonda şagirdlərə talassemiya xəstəliyi haqqında maarifləndirici bukletlər paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi