"Daima ucalarda dalğalan bayrağım" adlı tədbir

    Məktəbimizdə 9 Noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar şagirdlərimizin tədbirlət davam edir.

    Hər il ənənəvi olaraq keçirilən tədbirdə şagirdlərə dövlətçilik ideyalarına və dövlət rəmzlərinə hörmət və ehtiram hissi aşılanır. Bu məqsədlə, 08.11.2018-ci il tarixdə məktəbimizin akt zalında şagirdlərin iştirakı ilə "Daima ucalarda dalğalan bayrağım" adı altında tədbir keçirilmişdir.

    Təbdir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağının zala gətirilməsi ilə başlamış və şagirdlərin vətənpərvərlik ruhunda hazırladıqları şeir, mahnı, milli rəqslərin nümayişi ilə davam etmişdir.

    Tədbirdə məktəbin direktoru Sevil Əliyeva, direktor müavini və müəllimlər iştirak etmişdir.

    Tədbirin sonunda məktəbin direktoru Sevil Əliyeva çıxış etmiş şagirdlərə milli-mənəvi dəyərlərə hörmət etməyi, dövlət rəmzlərimizi və dövlətçiliyimizi hər zaman uca tutmağı tövsiyyə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi