Siniflərdə dərsliklərlə bağlı söhbət

 "Bilmək üçün oxuyun, bacarmaq üçün oxuyun, qəlbinizə və ruhunuza yaxın olan nə varsa, onların uğrunda mübarizə aparmaq üçün oxuyun!" 

                                                                                                                                                                                                                                                Heydər Əliyev

       2018/2019-cu tədris ilində dərsliklərlə bağlı kitabxana müdiri Şərqiyyə xanımın iştirakı ilə şagirdlərlə söhbət aparıldı. Bildirildi ki, kitab və dərsliklərlə keçmişimiz, dünənimiz, milli-mənəvi dəyərlərimiz, milli varlığımız haqqında məlumatlar əks olunub. Dərsliklərdə olan mətn və məlumatlar keçmişdən-gələcəyə, bu gündən-sabaha olan bir körpüdür. Bu körpü üzərində biliklər ötürülür, öyrənilir və gələcəyə daşınır.

       Ona görə də dərsliklər səliqəli saxlanılmalı ona məhəbbətlə yanaşmalı, onları zədələnmədən qorunmalıdır. Dərsliklər bir tədris ilində onlara istifadə üçün verilir. Bu verilən dərsliklərdə fərdi olaraq onların saxlaması haqqında geniş məlumat verilmişdir. Dövlət hesabına çap olunan və şagirdlərə pulsuz istifadə üçün verilən dərsliklər həm də dövlət əmlakı kimi qorunub saxlanılmalıdır.

       Şagirdlər tövsiyələri maraqla dinlədilər və söz verdilər ki, dərslikləri təmiz və səliqəli saxlayacaqlar ki, növbəti dərs ilində məktəbli yoldaşları da ondan rahat şəkildə istifadə edə bilsinlər.

       Sizə təhsildə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi