"Narkotik Ümumbəşəri bəladır".

22.01.2016-cı il tarixdə 329 nömrəli tam orta məktəblə Bakı şəhər Baş Polis İdarəsinin, Səbail rayon Polis İdarəsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları birgə "Narkotik Ümumbəşər bəladır" mövzusunda tədbir keçirdilər.Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin yeniyetmə yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin polis mayoru Məryam Ömərova, polis leytenantı Ruslan Məmmədov, Səbail rayon Polis İdarəsinin yeniyetmə yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru polis mayoru Gülzar Əliyeva, polis mayoru Rəsmiyyə Bağırova, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları Bəhram Qasımzadə və Fərid Süleymanov tədbirdə iştrak etdilər. Onlar öz dəyərli çıxışları ilə məktəbin müəllim və şagird kollektivini zərərli vərdişlərə aludə olmamaq haqqında ətraflı maarifləndirdilər.Tədbirin sonunda uşaqların verdikləri maraqlı suallar əməkdaşlar tərəfindən ətraflı cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi