Şagirdlərimiz təhsil sərgisində

Oktyabrın 11-i məktəb rəhbərliyinin təşəbbüsü ilə məktəbin 8-9-10-11 -ci sinif şagidlərinin Bakı Ekspo Mərkəzində təşkil olunmuş 12-ci Beynəlxalq Təhsil Sərgisinə ekskursiyası təşkil edilmişdir

Təşkil olunmuş sərgidə şagirdlərə bələdçi tərəfindən ətraflı məlumat verildi.

Sərgi şagirdlərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaradır. Şagirdlər Baki Ekspo Mərkəzdə bir çox Universitetlər haqqında yeni bilgilərə yiyələndilər. Universitetlərin yeni formatları ilə tanış oldular. Sərgilənmiş maraqlı əl işləri ilə yaxından tanış oldular.

Sərgidə şagirdlərə Məktəbəhazırlıq, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi