5 Oktyabr- Müəllimlər günü

Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.Hər il  oktyabırın 5 də  müəllimlər günü kimi qeyd olunur.

Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.

Bu gün bizim məktəbin akt zalında da 5 sinfi " 5 Oktyabr-Müəllilər günü" adlı tədbir təşkil etdi.

Tədbir Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak etdi. Tədbirdə şagirdlərin ifasında mahnılar səsləndi, müəllimləri vəsf edən şeirlər söylənildi və slayd göstərildi.

Eləcədə məktəbin bütün sinifləri "5- Oktyabr Müəllimlər günü" ilə bağlı divar qəzetləri hazırladılar və şagirdlər arasında rəsm müsabiqəsi təşkil edildi və məktəbin foyesində sərgiləndi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi