"Talassemiyasız gələcək" adlı seminar

Sentyabrın 25-i və 26-sı məktəbimizdə " Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin qalibi "  məktəbin biologiya müəllimi Vüsalə Süleymanovanın "Şagirdlərin talassemiya xəstəliyi haqqında maariflendirilməsi " layihəsi çərçivəsində  seminar keçirildi. 
Seminarda Səbail rayon 50 , 91, 7, 329, 236,189-190, 51, 2, 162, 163 nömrəli tam orta məktəblərinin buraxılış siniflərindən şagirdlər iştirak etdi.  Məktəbin drektoru Sevil xanım Əliyeva tədbiri öz çıxışı ilə açıq elan etdi və sonra sözü Talassemiya mərkəzindən dəvət olunmuş ekspert həkim- hematoloq Zenfira Mirzəyevaya verdi. Zenfira xanım şagirdlərə talassemiya xəstəliyi, növləri, müayinəsi, müalicə yolları, yayılma səbəbləri haqqında geniş məlumat verdi. Tədbir şagird və müəllimlər tərəfindən maraqla qarşılandı. Şagirdləri bu xəstəlik haqqında maraqlandıran suallar ekspert həkim tərəfindən cavablandırıldı. Tədbirin sonunda şagirdlər və müəllimlərə talassemiya xəstəliyı haqqında vacib məlumatlardan ibarət flayer və bukletlər paylandı
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi