Nə ? Harda ? Nə zaman ? intellektual oyun

Sentyabrın 24-ü məktəbimizdə Səbail Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nə ? Harda ? Nə zaman ? adlı intellektual oyun keçirildi. Bu oyun "Azərbaycan 2017-2021-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən həyata keçirildi.

İntellektual oyunun keçirilməsində məqsəd , gənclərin intellektual inkişafının stimullaşdırılması, dövlət dilində intellektual oyunların təbliğ olunması, intellektual oyunlar hərəkatının kütləviləşdirilməsi və gənclərin müxtəlif mövzularda biliklərinin artırılması idi.

İntellektual oyun Səbail rayon tam orta məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət komandalar arasında keçirildi. Oyun hər birində 12 sual olmaqla 3 turdan ibarət oldu. İntellektual oyunun 3 nəfərdən ibarət münsiflər heyəti var idi. Oyunda I, II  və III yerləri tutmuş komandalar Səbail Rayon Gənlər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi