Birincilərin birinci günü

Sentyabrın 17-si məktəbin 1A sinfində "Vətənim Azərbaycan" mövzusunda açıq dərs keçirildi. Dərsdə məktəbin direktoru Sevil xanım Əliyeva və ibtidai siniflərin metodbirləşmə rəhbəri Sevda müəllimə iştirak etdi.

Dərs zamanı müxtəlif slaydlar nümayiş olundu və ayrı-ayrı qruplarla iş aparıldı. Qruplardan bəziləri pazl şəklində verilmiş bayraq, gerb və Azərbaycan xəritəsini birləşdirərək yığdılar, bəziləri isə şəffaf şəkildə verilmiş bayraq və gerb şəkillərini uyğun rəngdə rəngləyib təqdimat etdilər.

Sonda məktəbin direktoru dərsin səviyyəsini qənaətbəxş olduğunu bildirdi və şagirdlərə gələcək dərslərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi