Bilik günü

Sentyabrın 15-i məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə "Bilik günü" tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevil xanım Əliyeva, müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edərək, 2017/2018–ci tədris ilində məktəbin qazandığı uğurlar barədə məlumat verdi, yüksək bal toplayaraq tələbə adı qazanan şagirdlərə uğurlar dilədi.

Tədbirdə Səbail rayon İcra nümayəndəliyi Elçin Əliyev və Badamdar Bələdiyyə nümayəndəsi Təzəxan Məmmədov iştirak etdilər.

Sonra qəsəbə Bələdiyyəsinin nümayəndəsi qəbul imtahanında 680 bal toplayan məktəbimizin məzunu Cahandar Quluzadəni təbrik edərək Fəxri Fərmanla təltif etdi.

Tədbir məktəbin şagirdlərinin hazırladıqları bir-birindən maraqlı çıxışlar, müxtəlif rəqs nümünələri ilə davam edib və sonda "İlk zəng" çalınıb.

Beləliklə2018- 2019-cu tədris ili başlamış oldu. Bütün kollektivə uğurlar və müvəffəqiyyətlər arzulayırıq !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi