İnsan hüquqları aylığı çərçivəsində dəyirmi masa təşkil olunub

İyun ayının 12-də məktəbin tarix müəllimi Günel Quluzadənin təşkilatçılığı ilə 7 a sinfi ilə birgə "İnsan hüquqları"na aid dəyirmi masa təşkil edildi.

Şagirdlərimiz insan və vətəndaş hüquqları anlayışı, insan hüquqlarının inkişafı tarixi, hüquq bərabərliyi və ayrı-seçkilik, Azərbaycanda insan və vətəndaşın hüquq azadlıqları, uşaq hüquqları haqqında maraqlı məlumatlar verərək, maraqlı videoçarxlarla tanış oldular. 7 a sinif şagirdləri Qədirli Qüreyş və Bağırova Qəndab insan hüquqlarının siyahısını dəyirmi masa iştirakçılarına açıqladılar. Şagirdlərin insan hüquqlarına aid hazırladığı maraqlı tanıtım çarxı da nümayiş olundu. Şagirdlər lövhədə "Hər birimiz eyni hüquqlara və azadlıqlara sahibik" adlı maraqlı rəsm kompozisiyası da nümayiş etdirməklə öz əl işlərinin mənasını açıqlamış oldular. Sonda məktəbin direktoru Sevil xanım Əliyeva çıxış edərək şagirdlərə təşəkkürünü bildirdi və hüquq və vəzifələrimizi bilməli olduğumuzu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi