"Güllələnmiş Qərənfillər"

Xoşbəxtlik gələndə zərif yel kimi gəlir , heç gəlişi də çox bilinmir . Bədbəxtlik isə tufan kimi gəlir ,uçura – uçura ,dağıda – dağıda gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir , o özü gəlib bizi tapır .Xalqımızın başına açılan oyunlar kimi , "Qanlı 20 Yanvar" kimi . O qanlı gecədə atılan güllə , Qaranlıq küçəyə işıq saçırdı . Azadlıq təşnəsi mənim millətim , Zəncirə bağlanmış qolun açırdı. 20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş bir tarixdir. 20 yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara ,silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü ,toxunulmazlıq və azadlıq arzusu idi .Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın Dağüstü parkı kimi tanınan məkan Şəhidlər Xiyabanına döndü. 2016- cı il 18 yanvar tarixində 329 saylı tam orta məktəbə də “ 20 Yanvar şəhidlərinin “ anım mərasimi keçirildi. Tədbiri keçirməkdə əsas məqsəd gələcəyimiz olan gənclərə vətənin istiqlaliyyəti və azadlığı uğrunda mübarizə aparıb , vətən torpağı yolunda qan tökən insanları yad etmək , xatırlamaq idi. Məktəb şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş şeir kompazisiyaları , bir-birindən təsirli mahnı və səhnəciklər göstərildi .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi