Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa

Mayın 25-i məktəbin tarix müəllimi Günel Quluzadənin təşkilatçılığı ilə məktəbin 9  sinif şagirdləri ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dəyirmi masa təşkil edildi. Cümhuriyyətimizin tarixi ilə bağlı videoçarx və slayd göstərildi. Şagirdlər tərəfindən Cümhuriyyətimizin yaranma tarixi, inkişafı, dövlət quruculuğu sahəsində görülən tədbirlər həmçinin, iqtisadi, sosial və mədəni sahədə görülən tədbirlər, xarici siyasəti haqqında bir-birindən maraqlı məlumatlar verildi. Maraqlı müzakirələr aparıldı. Sonda isə məktəbin direktoru Sevil xanım Əliyeva çıxış edərək şagirdləri vətənimizi candan sevməyə, vətənpətvər olmağa səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi