Şərqin ilk Azadlıq Günəşi

23 May tarixində məktəbin tarix müəllimi Nuriyyə Əhmədovanın təşkilatçılığı ilə məktəbin akt zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Şərqin ilk azadlıq günəşi" adlı tədbir təşkil olundu. Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, tarixi, idarəçiliyi və quruluşu haqqında geniş məlumatlar verildi. Vətənpərvər ruhda musiqilər, şeirlər səsləndi, rəqs nümunələri nümayiş olundu. 

1918- ci il Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin və müasir Azərbaycanın yaradıcısı Heydər Əliyevin səs yazılarından ibarət slaydlar göstərildi.

Məktəbin Hərbi Rəhbəri Eldəniz müəllimin rəhbərliyi ilə yuxarı sinif şagirdlərindən təşkil olunmuş "Hərbi And İçmə" mərasimi göstərildi və AXC -nin 100 illiyi ilə bağlı təşkil olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı.Sonda Məktəbin direktoru Sevil xanım, tədbirin təşkilatçısı Nuriyyə müəlimə və Badamdar Bələdiyyə nümayaəndəsi Fəxrəddin müəllim çııxş etdilər və şagirdləri vətənpərvər olmağa səslədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi