"Qanlı Yanvar" güşəsi

Azərbaycan Respublikası təhsil nazirliyinin “ 20 Yanvar faciəsinin 26- cı ildönümünün qeyd edilməsi barədə “ 08. 01.2016 – cı il tarixli 08 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 12.01.2016- cı il tarixdə 329 saylı orta məktəbdə müəllim və şagird kollektivinin iştrakı ilə Azərbaycanın şərəf tarixi , azərbaycan xalqının tarixi yaddaşına qanla həkk olunmuş 20 yanvar faciəsinə aid “Qanlı Yanvar”güşəsi təşkil olundu. Hər bir xalqın tarixində həm faciəli məqamlar , həm də qəhrəmanlıq səhifələri olur Azərbaycan xalıqı 1990- cı ilin qanlı yanvarını həm faciə , həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı . O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi . Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı , həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu . “ 20 Yanvar şəhidi “ fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998- ci il tarixində fərman imzalamışdır .1990- cı il yanvarın 20 - də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı 20 yanvar hadisələrində şəhid olanların , itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımı edilir . 1990- cı il Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir .O ləyaqətin qorunması üçün hər çür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi eyni zamanda həm ümumxalq faciəsi , həm də müstəqillik , istiqlal və hüriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əiyevin söylədiyi kimi ,bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da ,itkilərə məruz qoysa da ,onun mənliyini tapdalaya bilmədi ,qürurunu sındıra bilmədi,qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı .Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi olaraq !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi