Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans

Mayın 7-də məktəbin tarix müəllimi Günel Quluzadənin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin və Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir təşkil olundu. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılan tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Ümummilli liderimiz, müasir Azərbaycanın dövlət qurucusu, memarı Heydər Əliyevin keçdiyi həyat yolu, Azərbaycan tarixində həyata keçirdiyi misli görünməmiş tədbirlər haqqında çıxışlar oldu. Video çarxlar göstərildi. 

Azərbaycanın tibb tarixində məşhurlaşan, oftomologiya sahəsində bir çox uğular və yeniliklər əldə etmiş, Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyevanın keşməkeşli həyat yolu və gördüyü işlər haqqında şagirdlərə geniş məlumat verildi. Maraqlı slaydlar, video çarxlar tədbir iştirakçılarının diqqətinə çatdirildi. Sonda isə məktəbin direktoru Sevil Əliyeva çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz siyasətindən danışaraq şagirdləri bir daha ətraflı məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi