Oxu günü

24.04.2018- ci il tarixində məktəbin kitabxanasında "Oxu günü" tədbiri keçirildi. Tədbirlə bağlı kitabxana müdiri Qasımova Şərqiyyə xanımın ətraflı çıxışı oldu.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə mütaliə vərdişlərinin aşılanması və kitabın təbliği istiqamətində maraq yaratmaqdan ibarət idi. Bu məqsədlə məktəb kitabxanasında dəyirmi masa ətrafında L.N. Tolstoyun "Hərb və sülh" əsərinin müzakirəsi keçirildi. Şagirdlər əsərin müəyyən bir hissəsini oxuyub müzakirə etdilər. 7a və 8sinif şagirdləri həm yazıçının həyat və yaradıcılığı, həm də əsər haqqında maraqlı və geniş məlumat verdilər. 

Tədbirdə məktəbin ədəbiyyat müəllimləri də iştirak etdilər və şagirdlərə öz tövsiyyələrini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi