Azərbaycan Xalq Cümhuriyyəti ili- Ən yaxşı şeir ifaçısı

Bu gün məktəbimizdə əbəbiyyat müəllimi Firavan İmranovanın təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti ili" milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir adlı "Ən yaxşı şeir ifaçısı" bədii qiraət müsabiqəsi keçirildi. Müsabiqənin məqsədi Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətlərini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirmək idi. Müsabiqədə məktəb rəhbərliyi, müəllimıər və şagirdlər də iştirak etdi. IV, VI və VII sinif şagirdlərinin iştirakçı qismində qoşulduğu bu müsabiqədə vətənimizi vəsf edən şeirlər söylənildi və yer tutan şagirdlər diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi