31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı xüsusi dərs keçirildi

Əsrlər boyu erməni işğalçıları öz himayədarları sayəsində Azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olmaqla, imkan tapan kimi bu düşmənçiliklərini vəhşi və qəddarcsına biruzə vermişlər. Bunların bariz nümunəsi kimi 1918-ci ilin mart ayının 31-də Bakı, Şamaxı, Quba və sair ərazilərimizdə apardıqları, 1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində apardıqları və s kütləvi günahsız, dinc əhalinin həyatına qəsd edilməsi ilə nəticələnən soyqrım hadisələri nümunədir.

26 mart 1998-ci ildə Azərbaycan Respublikasının ümummilli lideri H.Əliyevin “31 mart Azərbaycanlıların soyqrımı Günü” kimi qeyd olunması üçün xüsusi fərmanı olmuşdur ki, bu səbəbdən də 1998-ci ildən etibarən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələr milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Bu səbədən də Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin 28 mart 2006-cı il tarixdə 31 mart Azərbaycanlıların soyqrımı Günü” münasibətilə Azərbaycan xalqına müraciəti olmuşdur ki, xalqımız, ələxsus da azyaşlı məktəblilərimiz  erməni vandalları tərəfindən törədilən vəhşilikləri unutmasın və soyqırım nəticəsində həlak olmuş həmvətənlərimizi yad etsinlər. Azərbaycanlıların soyqırım gününün 100 illiyini 329 saylı tam orta məktəbin 2A sinif şagirdləri seirlər və məlumatlar səsləndirməklə qeyd etmişlər. Ermənilərin törətdiyi vəhşiliklər nəticəsində həlak olan həmvətənlilərimiz azyaşlı şagirdlərimiz tərəfindən yad olunmaqla ruhlarına etimad göstərilmişdir. Bu bir daha əsrlər boyunca erməni vandallarının Azərbaycanlılara və ümumən türklərə qarşı düşmənçilik və qəddarlığının bir hissəsi olduğu şagirdlərə aşılanmaqla, 100 il bundan əvvəl başlanılmış və hazırki yeni tariximizdə də davam etdirilən vəhşiliklərinin nümunəsi olduğu şagirdlərə başa salınmşdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi