Şagirdlərimiz "Ölkəmizi tanıyaq" tur-aksiya layihəsində Naxçıvanda

Məktəbimizin şagirdləri 15-18 mart tarixində "Ölkəmizi tanıyaq" adlı tur aksiya çərçivəsində nəinki  Azərbaycanın eləcə bütün Qafqazın ən qədim şəhərlərindən olan Naxçıvan şəhərinə səfər ediblər. Şagirdlərimiz səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat əldə etmiş, Naxçıvanda bugünədək qorunub saxlanılan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olmuşlar. Bu layihənin şagirdlərimizin vətənpərvərlik hissinin zənginləşməsində müstəsna rolu olduğunu xüsusi qeyd etməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi