“Mən tolerantlığı necə başa düşürəm “

2015- ci il dekabrın 24- də 329 saylı tam orta məktəbdə tarix müəllimi Günel Quluzadənin rəhbərliyi altında 8- ci sinif şagirdləri ilə birlikdə “ Mən Tolerantlığı necə başa düşürəm “ mövzusunda dəyirmi masa təşkil olundu. Bu konfransı keçirməkdə əsas məqsəd Toleranlıq – dini dözümlülüyün mahiyətini , ayrı- ayrı dövlətlərin qəbul etdikləri dövlət dinlərinə hörmətlə yanaşılması , çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirməsi , Azərbaycan hökümətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna , eləcə də dövlət – din münasibətlərinin milli – mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanması , ölkədə mövcud ictimai- siyasi sabitlik , vətəndaş həmrəyliyi və etnik- dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. 8- ci sinif şagirdlərinin toleranlıq haqqında maraqlı fikirləri , diskusiya və muzakirələri konfransın əsas ana xəttini təşkil etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi