XOCALI HARAYI

Məktəbimizdə fevral ayının 23-də tarix müəllimi Günel Quluzadənin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş "Xocalı harayı" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı və sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Adı gedən tədbirdə məktəbin 1, 4, 7, 9, 10, 11-ci sinif şagirdləri iştirak edirdi. Şagirdlər bir-birindən maraqlı şeir kompozisiyalar söylədilər, faciə qurbanlarını əks etdirən maraqlı səhnəciklər göstərdilər. Xocalı müsibətlərini əks etdirən videoçarxlar göstərildi, Xocalı faciəsi şagirdlərin gözü ilə adlı maraqlı divar qəzetləri, fotostend nümayiş olundu.  Tədbirin keçirilməsində məqsəd Ana vətənə olan sevgini, bağlılığı bir daha sübut etmək idi.

Xocalı faciəsindən 26 il ötməsinə baxmayaraq bu faciə biz gənclərin əbədi yaddaşında həmişə qalacaqdır. Sonda çıxış edən məktəbin direktoru Sevil xanım Əliyeva Xocalı faciəsinin yaddaşımıza qanla yazıldığını bir daha vurğuladı və şagirdləri vətənpərvər ruhda böyüməyə səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi