AKKREDİTASİYA VƏ KEYFİYYƏT STANDARTLARINA HƏSR OLUNAN TƏDBİR

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində ümumi təhsil müəssisələrinin akkreditasiya qaydaları və keyfiyyət standartlarına həsr olunan tədbir keçirilib.

Avropa İttifaqının TAIEX proqramı çərçivəsində təşkil olunan tədbirdə beynəlxalq ekspertlər də  iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın ümumi təhsil müəssisələrinin akkreditasiyası qaydalarının və fəaliyyətinin qiymətləndirilməsi üzrə keyfiyyət standartlarının müzakirəsi, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəbəkəsinin gücləndirilməsi, eləcə də  beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin genişləndirilməsidir.

Müzakirə sessiyalarında xarici ekspert qismində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının eksperti Elizabet Fordham və İrlandiya Dublin Universitetinin Təhsil Departamentinin fəxri professoru, Təhsildə Qiymətləndirmə, Keyfiyyət və İnspeksiya Mərkəzinin eksperti Joe O’Hara, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İnstitutu, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və ümumi təhsil müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə xarici ekspertlərin ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsinə dair təcrübələri dinlənilib və bu istiqamətdə Avropa ölkələrində tətbiq edilən mexanizmlərə dair müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi