QANLI VƏ ŞANLI YANVAR

Bu gün məktəbimizin tarix müəllimi Nuriyyə Əhmədovanın təşəbbüsü ilə 20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilmiş "Qanlı və Şanlı yanvar " adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə Nuriyyə müəllimənin təqdimatında 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olundu. Şagirdlərin ifasında şeirlər, mahnılar, kompozisiyalar və səhnəcik təqdim olundu. Səhnəciyin sujet xətti şəhidlərə, qazilərə, əsgərlərə qarşı daha da diqqətli, onlara qayğı və hörmət göstərməli olmağımızdan ibarət idi.

Məktəbimizin təcrübəli Azərbaycan dili və Ədəbiyyat müəllimi Lətifə Həşimovanın müəllifi olduğu şeirdən ibarət şagirdlərin təqdimatında çox təsirli kompozisiya nümayiş etdirildi. 

Sonda məktəbin direktoru Sevil Əliyeva 20 yanvar faciəsinin həm də azadlığımızın başlanğıcı olduğunu xatırlatdı, şagirdləri vətənpərvər olmağa səslədi. 

Tədbirin təşkilində məqsəd 20 yanvarın bir faciə olmaqla yanaşı, həm də milli qürur günü olduğunu, bu günkü azadlığımızın məhz şəhidlərimizin qanı ilə, can ilə qazanıldığını diqqətə çatdıtrmaqdan ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi