MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ VƏ ONUN BƏŞƏRİ ƏHƏMİYYƏTİ

"Hər xalqın öz adət-ənənəsi öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi, dini dəyərlərimizlə və adət-ənənələrimizlə fəxr edirik".

Heydər Əliyev.

Tədbir 2018-ci il yanvarın 11-də kitabxanada keçirildi. Mövzu ilə bağlı kitab müzakirəsi keçirildi, müzakirədə 4"B" sinifi və sinif rəhbəri Sənubər müəllimə iştirak etdilər.

Şagirdlər Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" povestindən, "İtə ataram yada satmaram", "Gülər" adlı hekayəni müzakirə etdilər. Hekayə məktəb və ailə haqqında bəhs edirdi. Şagirdlər əsərin təsiri altında maraqlı çıxışlar etdilər, belə bir nəticəyə gəldilər ki, milli dəyəri, milliıiyi özümüzdə saxlamaqla məzmunu ümumbəşəri dəyərlərlə zənginləşdirmək, ümumdünya mədəniyyətinin naliyyətlərindən də bəhrələnməliyik. 

Milli-mənəvi dəyərlərin mühafizəsi və gələcək nəsillərə ötürülməsində əhəmiyyət kəsb edən beynəlxalq hüquqi sənədlərdəndə söhbət aparıldı. 

Tədbir kitabxana müdiri Şərqiyyə xanımın və sinif müəllimi Sənubər müəllimənin geniş, hərtərəfli, maraqlı çıxışları ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi