DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989 cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimal və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri  dağıldı.Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirildi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.1991 ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azəbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.

Məktəbimizdə də Həmrəylik günü qeyd olundu. Tədbir Dövlət Himninin səslənməsi ilə başlandı.Şagirdlər həmrəylik günü haqqında məlumatlar səsləndirdilər, ibtidai sinif şagirdləri şeirlər söylədilər.Divar qəzetləri hazırlandı.  Məktəbin direktoru Sevil Əliyeva pedeqoji kollektivi  və şagirdləri Dünya Azərbaycanlıılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi