BÜLBÜLÜN 120 İLLİK YUBİLEYİ

Azərbaycan opera müğənnisi, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin laureatı Bülbül ( Murtuza Məşədi Rza oğlu Məmmədov ) 22 iyun 1897 -ci ildə Şuşa yaxınlığında Xanbağı adlanan yerdə anadan olmuşdur.

Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. Tanınmış ifaçı fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında oynamışdır. 1938-ci ildə SSRİ xalq artisti adına laiq görülmüşdür. 26 sentyabr 1961-ci ildə Bakıda vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bülbülün 120 - illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən məktəbimizdə də dahi sənətkar yad edildi. Məktəbimizin 6 A sinifi 15 dekabr tarixində Bülbülün ev muzeyinə ekskursiya etdi. Şagirdlər Bülbülün həyat və yaradıcılığı haqqında dolğun məlumatlar əldə etdilər. Tanınmış sənətçinin ev muzeyi ilə yaxından tanış oldular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi