"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ" ADLI KİTABIN TƏQDİMATI.

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6 nömrəli məktəb-liseydə Ümummilli lider "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda kitabın təqdimat mərasimi keçirildi. Adı keçən tədbirdə mövzuları kitaba düşən şagirdlər və elmi rəhbərlər həmçinin məktəb direktorları da iştirak edirdi. 6 nömrəli intellekt-liseydə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi şagirdlərin dili ilə” adlı konfransın fəaliyyəti zamanı 300-dən artıq referat içərisindən seçilmiş 47 şagirdin Azərbaycan tarixinin müxtəlif dövrlərinə uyğun referatlarının toplusu kitab şəklində çap olunmuşdur. 

Tədbirdə Səbail Rayon İcra başçısı Eldar Əzizov iştirak  edərək, bu tədbirin çox böyük əhəmiyyətli, tarixi bir hadisə olduğunu qeyd etdi. Tədbir məktəb şagirdlərinin bir-birindən maraqlı çıxışları ilə yadda qaldı. Məktəbimizin X sinif şagirdləri Süleymanlı Qərənfil, Həşimova Şərmin, Abbasova Səltənət, Atakişiyev Elnur, tarixi müəllimi və elmi rəhbəri Günel Quluzadə iştirak edib. Adı çəkilən şagirdlərin məqalələri seçilərək kitabda nəşr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi