ÖYRƏNMƏYİ ÖYRƏNMƏK ADLI 2-Cİ BEYNƏLXALQ TƏLİM KONFRANSI.

"Öyrənməyi öyrənmək" adlı təlim konfransı Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransda Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Taleh Heydərov da iştirak edib. 

Konfransı Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktoru Qrem Pollok açıb. Qeyd edək ki bu ilki konfrans "Öyrənməyi öyrənmək" mövzusuna həsr olunub.Təlimin keyfiyyətinin yüksəldilməsi platforması çərçivəsində keçirilən konfrans müddətində iştirakçılar bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin mahiyyətinə dair biliklərini inkişaf etdirdilər.

Bu konfransda məktəbimizin direktoru, ingilis dili müəllimləri  Sevil Əliyeva və Ceyhunə İbadova da iştirak ediblər və bu təlimdə iştirak etdiklərinə görə sertifikatlarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi