BİZ ERKƏN EVLİLİYƏ YOX DEYİRİK

Dekabr ayının 15- də məktəbimizin biologiya müəllimi Vüsalə Süleymanova tərəfindən IX, X sinif şagirdləri ilə dəyirmi masa təşkil olundu. Tədbirdə Azərbaycanda erkən nigah problemi, bu problemi yaradan səbəblər və həlli yolları haqqında maraqlı müzakirələr aparəıldı. Eyni zamanda tədbir iştirakçıları tərəfindən erkən nigahın cəmiyyətimizə vurduğu fəsadlar açıqlandı. 

Məktəbin direktoru Sevil Əliyeva və direktotr müavini Aynurə Qurbanova öz dəyərli fikirlərini şagirdlərlə bölüşdülər. Tədbirin təşkilatçısı Vüsalə müəllimə müxtəlif videomateriallar və maraqlı statistik məlumatlarla maximum dərəcədə şagirdləri maarifləndirməyə və onların bu həlli yollprobleminarını araşdırmağa çalışdı. Tədbirin sonunda şagirdlər tərəfindən hazırlanmış" Biz erkən evliliyə yox deyirik" başlığı altında kiçik videoçarx göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi