ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMİ

Dekabrın 12-si Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz laiqli yerini tutmuşdur.

Hər il olduğu kimi dekabrın 12- si məktəbimizdə Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir daha sonra şagirdlərin hazırladıqları məruzələrlə, təsirli və maraqlı  videoçarxlarla davam etdirildi. Tədbirin sonunda məktəbin direktoru Sevil Əliyeva Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapdığını bir daha diqqətə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi