GƏNC KİMYAÇILARIN YARADICILIQ MÜSABİQƏSİ

Bakı Şəhəri Təhsil İdarəsinin 15 noyabr 2017 - ci il tarixli qərarı ilə Bakı şəhər məktəbliləri arasında "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin keçirilməsi qərara alınmışdır. Müsabiqənin keçirilməsinin məqsədi Bakı şəhər məktəblilərinin kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasıdır. Müsabiqənin ıx - xı sinif şagirdlərindən ibarət Bakı şəhəri ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf Mərkəzinin komandaları iştirak etmişdir.

Müsabiqə üç mərhələdə keçirildi. Birinci mərhələdə- məktəbdaxili yarışmada qalib qələn komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanır. İkinci mərhələdə - hər rayon üzrə 1-ci yeri qazanmış qalib komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alır. Üçüncü mərhələdə - Bakı şəhəri üzrə final mərhələsində hər rayondan bir komanda olmaqla ümumilikdə 12 komanda iştirak edir və ilk 3 yeri tutmuş komandalar qalib hesab olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi