"ÖLKƏMİZİ TANIYAQ LAYİHƏSİ"

"Ölkəmizi tanıyaq" layihəsində iştirak edən şagirdlərimiz Göygöl və Şəmkir rayonlarına səfər ediblər. Əvvəlcə tur-aksiya iştirakçıları Göygöl rayonuna gəliblər.Onları şəhər mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin, mədəniyyət və turizim şöbəsinin əməkdaşları və şəhər ictimayətinin nümayəndələri qarşılayıblar. Rayon İcra Hakimiyyati başçısının müavini Kəmalə İbrahiimova tur-aksiya iştirakçılarını salamlayib və Göygöl şəhərinin tarixindən söhbətlətr aparıb. Tur-aksiya iştirakçıları şəhərlə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar. Məktəblilər İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasına qoşulub, Heydər Əliyev Mərkəzinin ətrafında şam ağacları əkiblər. Daha sonra Göygöl Rayon Tarix- Diyarşünaslıq Muzeyi, Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq olub. Tur-aksiya iştirakçılarının Göygöl rayonunda səfər etdikləri sonuncu məkan açıq səma altinda muzeyi xatırladan Göygöl oldu. Tur-aksiya iştirakçıları sonra Şəmkirə səfər ediblər. Məktəblilərin rayonla tanışlığı Şəmkir qalasından başlayıb. Sonra Şəmkir şəhərinin mərkəzinə gələn məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb. Məktəblilər sonra Bayraq meydanına səfər ediblər. "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq tur-aksiya iştirakçıları üçün yadda qalan olub. Beləcə "Öıkəmizi tanıyaq" layihəsi zəngin səfər təəssüratları ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi