MÖCÜZƏLƏR NİYƏ YOX OLUR? ADLI AÇIQ DƏRS

Noyabr ayının 22-də məktəbin ibtidai sinif müəllimi Allahverdiyeva Sənubər tərəfindən 4"B"sinifində "Açıq dərs" verilmişdir. "Açıq dərsdə" məktəbin direktoru Sevil Əliyeva,təşkilati işlər üzrə direktor müavini və bir qrup müəllim iştirak edib. Dərsin mövzusu "Möcüzələr niyə yox olur?" idi. Dərs fəal keçdi. Şagirdlər istər kolektiv,istərsə də qrup işində fəal iştirak etdilər. Dərs prossesində İ.Murad, H.Dinarə, Ə.Allahverdi, M.Nəzrin daha fəal idilər. Uşaqlar antik dünyanın möcüzələri : Misir Piramidaları, Babil asma bağları, Artemis məbədi, Zevsin heykəli, Halikarnas mavzoleyi, Rodos nəhəngi, İsgəndəriyyə mayakı haqqında geniş məlumat verdilər. Xüsusilə T.Gülxanımın Misir Piramidaları barədə söylədikləri faktlar hamıya xoş gəldi.  Təqdimatlar edildi və qiymətləndirmə aparıldı. Dərsdə qoyulmuş məqsədə nail olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi