Tətilə kitabsız getməyək.

Səbail rayonu 329 sayli tam orta məktəbin kitabxana müdiri Şərqiyyə xanımın təşəbbüsü ilə Badamdar qəsəbəsi N.Nərimanov adına Kütləvi kitabxana ilə əməkdaşlıq etmək qərarına gəldik. "Tətilə kitabsız getməyək" başlığı ilə məktəbimizdə kitab sərgisi təşkil olundu. Kütləvi kitabxananın müdiri Vəfa xanım, məktəbimizin direktoru Sevil xanım şagirdlərlə birlikdə sərgi ilə tanış oldular. Bu işin təşkilində əsas məqsədimiz kitabxana işini daha da yaxşılaşdırmaq, şagirdlərin kitaba olan marağını artırmaq, mütaliə mədəniyyətini formalaşdırmaqdan ibarətdir. Məktəbimizin direktoru Sevil xanım Vəfa xanımla söhbətlər apardılar və belə qərara gəldilər ki, əməkdaşlığımız davamlı olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi