Qorxuların korreksiyası.

Səbail rayon 329 saylı tam orta məktəbin psixoloqu Şəlalə Abbasova  III və IV siniflərdə qoxuların korreksiyası üçün əyləncəli test keçirdi.Şagirdlərə tapşırıldı ki,kim nədən qorxursa onun şəklini çəksin. Şəkil çəkmək üçün karandaşlardan, flomasterlərdən istifadə olundu.Uşaqlar şəkill çəkərkən hiss və həyəcanlarını, arzu və istəklərini ifadə etmək üçün imkan tapır, onu qorxudan, ürəyinə yatmayan və psixoloji cəhətdən zədələyən surətlərlə ağrısız və təhlükəsiz təmasa girirlər.Təsviri sənət vasitəsilə ilk növbədə uşağın təxəyyülünün məhsulu olan qorxuları aradan qaldırmaq mümkündür.Tapşırıq yerinə yetiriləndən sonra uşaqlara qorxuları gülüşlə cəzalandırmaq təklif edildi.Uşaqların hamısı birlikdə öz çəkdikləri şəkillərdəki qorxunun "üzü"nə baxaraq ürəkdən gülməyə başladılar.Bu uşağın psixikasında qorxunun affektiv sarsıntı formasında biruzə verməsini aradan qaldırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi