Uşaq Hüquqları Konvensiyasının il dönümü.

Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində uşaqlara diqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 2017-ci ilin 20 oktyabr-20 noyabr tarixlərində ölkədə "Uşaq hüquqları aylığı" elan edilmişdir.Bu məqsədlə Bakı şəhəri Səbail rayonu 329 saylı tam orta məktəbdə Verdiyeva Vüsalə müəllimənin iştirakı ilə mühazirə keçirilmişdir. Mühazirədə əsas məqsəd şagirdləri uşaq hüquqları haqqında məlumatlandırmaq, onların öz hüquqları ilə tanış olmasına və bu hüquqlardan istifadə etmələrini təmin etməkdir. Mühazirə zamanı şagirdlər konvensiyanın 28 il müddətində gördüyü işlərlə tanış oldular, konvensiyanın müəyyən etdiyi qanunları müzakirə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi