Məktəbəqədər hazırlıq qrupu fəaliyyətə başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında oktyabrın 2-dən 2017-2018-ci dərs ili üzrə məşğələlərə start verilib. Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar BŞTİ-nin nəzdindəki 20 nömrəli məktəb-liseydə tədbir keçirilib. Tədbirdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, valideynlər, uşaqlar və media nümayəndələri iştirak ediblər. Tədbirdə məlumat verilib ki, 2017-2018-ci tədris ili üçün BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində yaradılan 850-dən artıq məktəbəhazırlıq qrupuna 22 mindən çox uşaq müraciət edib. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilmiş təlimlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb. Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunur. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. 329 sayl tam orta məktəbdə də oktyabr ayının 2-dən etibarən sinif müəllimi Həsənova Pərvanənin rəhbərliyi ilə məktəbəqədər hazırlıq qrupu fəaliyyətə başlamışdır. Qurupda 28 uşaq məşğələ keçir. Qeyd edək ki yuxarıda qeyd edilən göstərişlərin hər biri məktəbəqədər hazırlıq qrupunda öz əksini tapmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi