Ən böyük naliyyətimiz əbədi müstəqilliyimizdir.

XX əsrin sonlarında xalqımız öz tarixi səhifələrinə bir bayram əlavə etdi. Bu Müstəqillik günü bayramıdır. Həmin gün biz torpaqlarımızın , vətənimizin qanuni sahibi olduq . Ulu öndər H. Əliyevin rəhbərliyi ilə başlanan xalq hərəkatı xalqımızın qələbəsi ilə nəticələndi. O gündən başlayaraq bu, tarixi bayramımız Azərbaycanımızın hər bir guşəsində təntənə ilə qeyd edilir. Bu gün Səbail rayonu 329 saylı məktəbdə də həmin bayram müəllim kollektivinin və şagirdlərin iştirakı ilə qeyd edildi.Məktəbimizin foyesində müstəqillik günü ilə bağlı tədbir keçirildi.4-cü sinif şagirdi Əhmədzadə Xədicə Tural qızı görkəmli şairimiz Məmməd Arazın "Azərbaycan deyəndə" şeiri ilə tədbirin əhəmiyyətini yenidən xatırlatdı.Tədbirin sonunda məktəbin direktoru bu günün tarixi yaddaşımıza həkk olunduğunu bir daha vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi