Bilik günü

Yeni tədris ilinin ilk günündə “Bilik günü” münasibətilə tədbir keçirildi.Tədbirdə məktəbin müəllim , şagird kollektivi ilə birgə valideynlər və Səbail rayonu İcra Hakimiyyətinin nümayəndəsi Fariz Dadaşov , Badamdar bələdiyyəsinin nümayəndəsi Fəxrəddin Quliyev və Səbail rayon İcra hakimiyyətinin Badamdar qəsəbə nümayəndəsinin müavini Elçin Əliyev iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıldı.Tədbirdə məktəbin direktoru Tərminə Əsədova çıxış edərək ötən tədris ilinin nailiyyətlərindən danışdı və ötən tədris ilində məktəb öz fəaliyyətini “ Təhsili dəyərə çevirək “ devizi altında yekunlaşdırdığını bildirdi. Direktor 2017/2018 –ci tədris ilinin Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun 28 avqust 261 nömrəli əmri ilə “ Təhsildə keyfiyyət ili “ elan olunduğunu diqqətə çatdırdı. Tədbirdə birincilərə də söz verildi.Onlar məktəbə, müəllimə , vətənə aid şeirlər söylədilər. Nəhayət ilk zəng vuruldu və məktəblilər siniflərinə keçdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi